Ölərmi, itərmi, batarmı şair,Təbiət şairə gəl-gəl deyəndə.Yumub gözlərini yatarmı şair,Həqiqət şairə gəl-gəl deyəndə.

Fikri çiçək olar, cənnət qoxuyar,İlahi sözlərdən xalı toxuyar.Şeiri Quran kimi əzbər oxuyar,Ləyaqət şairə gəl-gəl deyəndə.

Qara böhtanları almaz eyninə,İşıqlı göyləri geyər əyninə.Gülüzlü mələklər qonar çiyninə,Təravət şairə gəl-gəl deyəndə.

Qılıncın ağzıdı, silahın gücü,Bu günün səsidi, sabahın gücü.Gücün Allahıdı, Allahın gücü,Cəsarət şairə gəl-gəl deyəndə.

Nə olsun vaxt azdı, ömrü az olur,Qəlbi saf, gözü tox, eşqi saz olur.Şair ölməz olur, basılmaz olur,Məhəbbət şairə gəl-gəl deyəndə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq