Sürgün qatarı
Çiyni tüfənglilər, əli qanlılar,Allahlıq eləyir, baş aparırdı.Elə bil sürgünə gedən qatarlarÖzüylə insan yox, daş aparırdı.
Yumağa su yoxdu, bükməyə kəfən,Ölənin qəbrini qazan kim idi.Mərhumun adını daşa, taxtayaYazdıran kim idi, yazan idi.
Sərçə ölümüydü insan ölümü,Bir-bir atırdılar qatardan çölə.Belə olmamışdı tarixlər boyuNə əsir, nə nökər, nə qul, nə kölə.
Yeməyə çörək yox, geyməyə paltar,Yatmağa döşək yox, örtməyə yorğan.Hər yandan gözünü ağardır ölüm,Arxada uçrum var, qarşıda yarğan.
Sürgün qatarına yükləmişdilərMalı da, atı da, qoyunları da.Qumara qoymuşdu xalqı, millətiOyunbaz zamanın oyunları da.
Yardıma gücü yox, köməyə əli,Yaxının neyləsin, yadın neyləsin.Atanın, qardaşın, ərin yanındaXiffətdən ölməsin, qadın neyləsin.
Allaha çatmırdı ahlar, amanlar,Şeytan öz işində, öz əməlində.Acından ölmürdü, aclıqdan betərHəyadan ölürdü qız da, gəlin də.
Qocalar bükülür xəcalətindən,Bürüşüb bir küncə qısılı qalır.Heç yana yetişmir hayı-harayı,Bir ümid telindən asılı qalır.
Utanır qaynından, qaynatasından,Gəlin körpəsini əmizdirəmmir.Bala dodağına ana döşündənBir damla südünü damızdırammır.
Dağlara, daşlara naz eləyənlər,Göydəki quşlara naz eləyənlər,Doğan ulduzlara, batan Aylara,Yağan yağışlara naz eləyənlər,Əli telli saza yetişməyəndəÇöldə çomağını saz eləyənlər,Bir qız baxışından alışıb-yanıbBağrının başını köz eləyənlər,Baxıb bir-birinə çeşmə başındaİşarə vuranlar, göz eləyənlər,Gözləri göylərdən yığışmayanlar,Yerlərə, göylərə sığışmayanlar,Necə çırmalansın, necə yığışsın,Bu dar vaqonlara necə sığışsın.Zirvənin qartalı vaqon içində,Dağların maralı vaqon içində,Çöllərin ceyranı vaqon içində,Ceyranın heyranı vaqon içində.Sevən oğulların qolları bağlı,Dünya gözəlləri vaqon içində.
Duyma, fikirləşmə, dön daşa burda,İndi oğulsansa döz, yaşa burda.Gözünü kor elə, qulağını kar,Ver bu alçaqlarla baş-başa burda.Zamanın ən oğraş oyunu gedir,Dünyada ən alçaq tamaşa burda.
Siyasət məkriylə, şeytan gücüyləBöyük bir ölkəni saldı toruna.Min lənət şərinə 37-nin,Min lənət o vaxtın gorbagoruna.Nə ölən dirilər, nə gedən gələr,İtən oğulları hardan alım mən.Dağda qaya kimi, şah palıd kimiBitən oğulları hardan alım mən.Millət oğulları, xalq oğulları,Vətən oğulları hardan alım mən.“Ağcaqum çölündən qatar düz gedir”,Mənim taleyimdən xəbərsiz gedir.
Sürgünə qatar gedər,Dərdə üz tutar gedər.Bu qatarı sürənlərGünaha batar gedər.
Canımızdan can gedər,Bu qatarda qan gedər.Canilər keşik çəkər,İçində bəy, xan gedər.
Qatarda gülüm gedər,Boyu bükülüm gedər.Qovrulub qora dönnəm,Sovrulub külüm gedər.
Telləri sonam gedər,Qatarda anam gedər.Dərd adlı, qəm nişanlıYüküm, barxanam gedər.
Bu qatar ilan qatar,Qıvrılan, çalan qatar.Ölümü, yası gerçək,Sevinci yalan qatar.
Qatarın istisi yox,Bacası, tüstüsü yox.Qucaqda körpə donub,Yumağa isti su yox.
Daş sudu, taxta sudu,Bu qatar şaxta, sudu.Gedənləri donduranHəsrətin şaxtasıdı.
Sibirə varan qatar,Səhralar yoran qatar,Belin niyə sınmadı,Belimi qıran qatar.
Bu qatar dərd qatarı,Rüzgarın sərt qatarı.Namərd ağ günə sürməz,Hardadı mərd qatarı.
Nənələr, babalar, qızlar, oğullar,Yel kimi sovruldu, küləyə getdi.Sürgün qatarında kimlər getdisə,Düşdü təxribata, kələyə getdi.
Heyif boz çöllərə dağılanlara,Su kimi gözündən soğulanlara.Heyif doğanlara, doğulanlara,Zəhməti puç oldu, fələyə getdi.
Qurumaq bilmədi kirpikdə nəmlər,Oynatdı atını könüldə qəmlər.Yelləndi ürəkdə dərdlər, ələmlər,Selləndi belədən beləyə getdi.
Həsrəti dağlardan ağır analar,Əli işləməkdən yağır analar,Körpə əvəzinə fağır anlarDərdini bələyə-bələyə getdi.
Suçu yox boynunda suç olanların,Sayı yox yollarda köç olanların.Ağladı anası qoç olanların,Quzutək mələyə-mələyə getdi.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-surgun-qatari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zaman-zaman dünya durar yerində,Ömrümüzdən ömür gedər, gün gedər.
Yetimin ağısıGöz yaşımdan zaman-zaman üzüm nəm çəkdi, nəm çəkdi,Başım daşdan-daşa dəydi, ürək qəm çəkdi, qəm çəkdi.
QaldıQarlı bir qış günündətufan qopdu, nə qopdu,
Onun ruhuna söykənSəni yasdan çıxardaq, anam Azərbaycanım,Sil gözlərin yaşını, qaralara bürünmə, gəl!
Başqa şairlərin şeirləri
Dostum İ.İslama*Üfüqlərə başını
Ürək yanmasaDərdi duyan bircə baş deyil, qardaş,Ürək də anlayır, ürək də qanır.
Cənab Cəfərqulu xan Aşıq Pəri Maralyaniyə, Pəri isə Cəfərqulu xana yazmışdırCəfər qulu xan:Sən, ey Pəri, mələk pərvərdəsisən,
Qaldım aradaMüshəfi-hüsnün, ey günəş-rüxsar,Oxunur hər gün ərz ü səmadə,