Qarlı bir qış günündətufan qopdu, nə qopdu,Dağlar uçdu, yerindədərin bir dərə qaldı.Ağız açdıq Allaha,bir yana çıxmaq üçün,Ümid nə bir ocağa,nə də bir pirə qaldı.Bizi ayrı saldılaröz doğma yuvamızdan,Ayrılığın, həsrətindişində şirə qaldı.Cəmiyyət nə amansız,təbiət nə soyuqmuş,Şirin günlərimizdənacı xatirə qaldı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran