Sünbül var, zəmi var,xırman yeri var,Vaxt bir dəyirmandı,ömür dən mənə.Oxşadın indidənqəbir yerinə,Bir qəfəs düzəldindəmirdən mənə.

Çoxdan tərgitmişəmqəm tərk etməyi,O dərdi çoxaldıb,mən dərk etməyi.Öyrəndim dünyayagəlib-getməyi,Verin tapşırıqdan,əmrdən mənə.

Nə milçək, nə də ki,fil qalasıdı,Çayların yerindəlil qalasıdı.Axırda bir ovuckül qalasıdı,Allahın verdiyiömürdən mənə.

Almaniya,Münhen şəhəri

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri