Ata heykəli
Otuz beş il ötür o vaxtdan bəri,Olub-keçənləri bir-bir sayıram.Döyüşlə, silahla keçən illəriAta söhbətiylə xatırlayıram.
Solub çiçəkləri, yanıb bağları,Atalar həyatda, eh, nələr görüb.Başları ən ağır bəlalar çəkib,Gözləri ən qanlı səhnələr görüb.
Odlu nəfəsiylə yarıb buzları,Ömrü qasırğadan, qışdan çıxardıb.Qələbə səsini, həyat eşqiniQayadan qopardıb, daşdan çıxardıb.
Gündüzlər aparıb əlini şaxta,Gecələr ayazda donub buz kimi.İnanıb yenə də dövrana, vaxta,Alışıb ümidi bir ulduz kimi.
Bir ömrü yüz ömrün səadətinəBölməyi bacarıb atalarımız.Bir nəsli vüqarla yaşatmaq üçün,Ölməyi bacarıb atalarımız!
Heç ucuz baxarmı gələcəyinə,Kim öz keçmişindən yaxşı halıdır.Hər oğul yer verib öz ürəyində,Bir ata heykəli yaratmalıdır!1977, 8 oktyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ata-heykeli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən niyə qaldırdın yuxudan məni,Rahatca göylərdə uçub gedirdim.
Özünü pis elə mənim yanımdaÖzünü pis elə mənim yanımda,Gözümün içinə həqiqəti de.
QanunQanun qəbul edirik,Qanunsuzluq içində biz boğula-boğula.
Kar eşidən günüQəlbimdən qan damır, gur ocaqlarınYerində kül görüb, qor görən günü.
Başqa şairlərin şeirləri
Zindani-qəmdə oldu günüm qarət ağlaram,Sövdayi eşqində çəkib zillət ağlaram.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Baş və ayaqlarAyaqlar gücdən düşdüŞah damarlar büzüşdü,
QalmışamFələk məni saldı qəm dəryasına,Qəmər atlı yüzə-yüzə qalmışam.