Həyatı sevəni qoynuna çağır,Qoyma qan tökəni yaxına, dağlar.Yenə bir daşını qırmızı gördüm,Ya qartal qanıdır, ya xına, dağlar.

Çoxalar daha da ömrünün barı,Yaşadın dağları yaşadanları.Şöhrət zirvəsinə daş atanlarıYandırın atəşə, yaxın, a dağlar.

Qaşların çatılsa göz açar yaram,Könlü dağ havalı bir həvəskaram.Yüz il qar yağsa da, soyumaz aram,Yaxınam mən sizə, yaxın, a dağlar.

1977, 3 oktyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri