Gözləməz
İnnən belə bir vəfasız ovçuyam,O dağlarda bir ov məni gözləməz.Yəhər düşüb Qıratımın belindən,Köhlən məni, cilov məni gözləməz.
Xəyalıma yamac düşüb, yal düşüb,Çəmən düşüb, çiçək düşüb, bal düşüb.Dəlidağın ürəyinə xal düşüb,Kəpəz məni, Murov məni gözləməz.
Görüb vaxtın olmazını, oynunu,Dağ əyilər, palıd bükər boynunu.Baharında çiçək açmaz qoynunu,Payızında qrov məni gözləməz.
Ay Zəlimxan, dərdin çətin dağılar,Can yandırar bayatılar, ağılar.Dağlarımı əsir aldı yağılar,Əsir məni, girov məni gözləməz.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gozlemez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Xəttin, qırışın Xəllüx ilə Bərbərdən.
Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəmVarımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.
Qapından toz kimi bir an ayırsa cismimi yellərBaşım əflakə də çatsa, könül kuyinə meyl eylər.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.