Qaldı
Gəlmişdim, getməyə çatmadı gücüm,Könlüm bu dağlarla baş-başa qaldı.Ayın şöləsində, günün nurunda,Gözlərim qamaşa-qamaşa qaldı.
Sellərnən, sularnan axdım, ağladım,Döndüm şimşəklərə, çaxdım, ağladım.Boylandım ağladım, baxdım, ağladım,Yaş gözə qarışdı, göz yaşa qaldı.
Dağın dağlığından götürdüm bir az,Qarın ağlığından götürdüm bir az,Daşın sağlığından götürdüm bir az,Yenə də dağ dağa, daş daşa qaldı.
Keçdi yuxu kimi, keçdi duş kimi,Zaman əllərimdən uçdu quş kimi.Baxdım yerə-göyə vurulmuş kimi,Mənə bir quruca tamaşa qaldı.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qaldi-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səmtini, qibləsini itirmiş bir nəfərə*Qayıt bulağın gözünə,
GələBir qaydadı, qış dalınca yaz gələr,Vay o gündən, qış dalında qış gələ.
GedərZaman-zaman dünya durar yerində,Ömrümüzdən ömür gedər, gün gedər.
Yetimin ağısıGöz yaşımdan zaman-zaman üzüm nəm çəkdi, nəm çəkdi,Başım daşdan-daşa dəydi, ürək qəm çəkdi, qəm çəkdi.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Nə qədər ağlasan ağla! Ki sənin ağlayışın,Bu qaranlıq gecə içrə əriyib məhv olacaq,
İtirsəm ağlaram mənÖzümdən tez ilhamım qocalsa, ağlaram mən,Könlüm xoş arzulardan boşalsa, ağlaram mən
BayatılarDüz dağlar, əyri dağlar,Düzəlməz əyri dağlar,
QalmışamAy ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.