Zaman-zaman dünya durar yerində,Ömrümüzdən ömür gedər, gün gedər.Tapılanlar itənləri ödəməz,Bir taparıq, əlimizdən min gedər.

Bəxti yatar zirvələrdən enənin,Qəlbi gülməz haqdan üzü dönənin.Od-ocağı qaralanın, sönənin,Qəbrə kimi ürəyində kin gedər.

Saç ağarar dərdli başın əlindən,Zülüm çəkər gözlər yaşın əlindən.Vətən getsə Vətəndaşın əlindən,İnsaf gedər, iman gedər, din gedər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən