Sürgündə can verdi Cavid Əfəndi
Atasının sürgündə faciəli ölümündən danışan birqadın məni heyrətə gətirdi. İlahi! İnsan insana necəoxşayarmış. Təkcə talecə yox, həm də görkəmcə. Gözü -mün önündə Turan Cavid idi ki, durmuşdu. Bu gözlə -nilməz mənzərə məni istər-istəməz bir anlığa Tür küs-tan dan Bakıya – Turan xanımla bir söhbətə qay tardı....Qışın şaxtalı vaxtlarıydı. Günlərin bir günü CavidƏfəndinin gözünün nuru, bağrının parası Turan xanımlaCavidin ev-muzeyində söhbət edirdik. Söhbətin elə biranı gəlib çatdı ki, mən cəsarət edib Turan xanıma beləbir sual verdim: “Turan xanım, siz həyatda çox ağrılı-acılı günlər yaşamısınız. Cavidin sürgünü, Ərtoğrulunvaxtsız ölümü, Mişkinaz xanımın itkisi. Sizin üçünhəyatda ən ağır, ən çətin şey nədir?” Turan xanımın ca -va bını olduğu kimi yazıram: “Zəlimxan, mənim üçünhəyatda ən ağır iş, ən çətin şey o oldu ki, ömrüm boyugözüm yollara baxdı, gözlədiyim gəlib çıxmadı”.
Qürbətdə can verdi Cavid Əfəndi,Qaldı atasından Turan xəbərsiz.Tayqada təklənən türkün ruhundan,Türküstan xəbərsiz, Turan xəbərsiz.
Vaxtın sazağıdı qəlbi üşüdən,Heyif sənə, – dedi, – bilən, eşidən.“Peyğəmbər” əsəri yazan kişidənPeyğəmbər xəbərsiz, Quran xəbərsiz.
Min oğul məhv olur bir qəm əlindən,Toxum bitirmədi yer qəm əlindən.Ərtoğrul nə çəkdi vərəm əlindən,Sibirdə at çapan boran xəbərsiz.
Eh, onda kim kimdən xəbər tuturdu,Maqadan hardadı, Bakı hardadı,Kim hansı iqlimdən xəbər tuturdu.Bir oğul dünyadan köçüb gedəndəBir ana yas tutub ağlamadısa,Bir bacı saçını yellərə verib,Ah çəkib, qaralar bağlamadısa,Dərdə şərik olub, xalqı, milləti,
Yasın sahibini yoxlamadısa,Qalan da yazıqdı, gedən də yazıq,Qürbət də yazıqdı, Vətən də yazıq.Ruh candan ayrılıb sakit olmasa,O ruh da yazıqdı, bədən də yazıq.
Bir deyil ki, ürəyini üşüdən,Qəribləri nələr, nələr üşütdü.Qış soyutdu, qar keyitdi, buz kəsdi,Can evini viranələr üşütdü.
Gözündəki eynək oldu şairin,Qəlbindəki göynək oldu şairin.Payı qanlı köynək oldu şairin,Müdrikləri divanələr üşütdü.
Yüz də söylə, dərdi qanan kimdi, kim,Canın çıxsa canı yanan kimdi, kim.Nadan üçün Şeyx Sənan kimdi, kim,Eşq əhlini biganələr üşütdü.
Nə olsun ki, doğdu Günəş, sökdü dan,Nuru bizə sızmadı ki, sızmadı.Od tapanda hərdən ocaq qaladıq,Heç canımız qızmadı ki, qızmadı.
Saldı qanı, verdi yası, ələmi,Qaranlığa qərq elədi aləmi.Böhtan yazdı müxənnətin qələmi,Xeyrimizə yazmadı ki, yazmadı.
Şeytan nəsli bizdə gördü günahı,Açılmadı ömrümüzün sabahı.Fərman verdi yer üzünün “allahı”,Yazdığını pozmadı ki, pozmadı.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-surgunde-can-verdi-cavid-efendi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə umdumsa öz haqqımdan ummuşam,Gərək məni haqq anlaya, haqq qana.
Bu dünya əbədi dirilərindiZərrələr Günəşin, damlalar suyun,Xırdalar həmişə irilərindi.
Zəlimxan səs verir haqqın səsinəNecə vurulmayım bu cəhcəhlərə,Dünya, mən baharam, mən yazam, — deyir.
Bizə dərk eyləmək qalırHərdən mənə elə gəlirHər şey deyilib,
Başqa şairlərin şeirləri
Nazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
ببخشا، ای من مسکین به دل در دامت افتادهدلم را قرعهٔ عشق و هوس بر نامت افتاده
Yayılan məniPayız dərdim, qış möhnətim, yaz qənim,Hicran tapdaq etdi yayılan məni.