Qabalda bir gecə
(Bir gecənin duyğuları)
Yağış yağa, şimşək çaxa, göz baxa,Buludların savaşına baxasan.Kür atını oynadanda küləklərYeyininə, yavaşına baxasan.
Oda dönə köz baxışlar, köz əllər,İtkiləri ovsunlaya gözəllər.Payız vaxtı töküləndə xəzəllər,Yarpaqların savaşına baxasan.
Göylərə bax, ulduzlanıb, aylanıb,Yerlərə bax, çeşmələnib, çaylanıb.Üfüqlərin bu başında dayanıb,Heyran-heyran o başına baxasan.
Sellər coşub dağı-daşı udanda,Qayaları pambıq kimi atanda,Təbiətin dəliliyi tutanda,Nə ağlına, nə yaşına baxasan.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qabalda-bir-gece
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Tanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
VəndSəfheyi-mülk cahanda xalə bənzərdir Vənd,Basəfalıqda behişt ilə bərabərdir Vənd
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,