İnsan darıxanda həmdəm axtarır,Ona lazım olan hava, su kimi.Sərinlik istəyir sinədə ürək,Havalı dağların havası kimi.

Necə istəyirsə yananda torpaq,Göylərin şıdırğı yağışlarını,İnsan darıxanda elə istəyirDüzün çiçəyini, dağın qarını.

İnsan darıxanda gələn olmasa,Ahlar başı üstə tüstüyə dönər.Təngiyər nəfəsi, kəsilər səsi,Ümidi qırılan xəstəyə dönər.

1972Xoşum gəldi sözündən,Təmiz dedin, az dedin.Qəlbindən qan axsa da,Kişi ağlamaz, dedin.

1972, 8 dekabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri