Baxışların ölüsüydüm,səni görüb dirilmişəm,Sən ki varsan, yaxın gəlməzağrı mənə, acı mənə.Həkimim də, təbibim də,xilasım da sən özün ol,Mən nə bilim hansı həkimnə dərmanı yazır mənə.

Dayan sevinc, qaçma məndən,ayaq saxla bir anlığa,İşıqsız, sevgisiz, ruhsuzkönül dönər qaranlığa.Bülbül çəkər abadlığa,bayquş çəkər viranlığa,Qəm götürüb külüngünühər gün qəbir qazar mənə.

Baş buludda, can sükutda,yanaq yaşdı, kirpik nəmdi,Harda olsa sevənlərinqisməti az, bəxti kəmdi.Sənlə cənnət olan dünyasənsiz mənə cəhənnəmdi,İstəmirəm cəhənnəmi,qismət olsun məzar mənə.

2000, 19 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq