Yerə-göyə nahaq yerə,Vurulmur adam, vurulmur.Ömrü boyu dağlar aşır,Yorulmur adam, yorulmur.

Günəş kimi çıxmayanda,Şimşək olub çaxmayanda,Çeşmələrə baxmayanda,Durulmur adam, durulmur.

Qarışanda vaxta, çağa,Söykənəndə qarlı dağa,Güvənəndə bu torpağa,Qırılmır adam, qırılmır.

2002, 14 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri