Məhəbbətsiz yer üzündə tanrı heç nə yaratmadı,Bulaqların zümzüməsi, dənizlərin ləngəri var.

Hər gülüstan çiçəklərin həyat eşqi, görüş yeri,Hansını istəsən qoxla, min cür ətri-ənbəri var.

Məğlubolmaz igidlərə güc torpaqdan bağışlanar,Qaya döşü, dağ arxası, yurd adlanan səngəri var.

Yerdə olan sevgiləri göylərə çatdırmaq üçün,Hər zamanın öz Bilalı1, öz məscidi, minbəri var.

Şair əgər unutmursa haqqın ona verdiyini,Demək, başının üstündə Allahı, peyğəmbəri var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq