Göz işığın qulluğunda,Qulaq səsin, dodaq sözün.Günəş Yerin qulluğunda,Köz ocağın, ocaq közün.Toyumuzun qulluğundasevinc, şadlıq,Yasımızın qulluğundakədər, hüzn.Qulluqçular çox olsa da,Ən axırda qulluğundaÖlüm durur ömrümüzün.

2004, 20 fevral Kislovodsk

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri