Ey eşqin Allahı, yaxşı bax mənə,Məni bəndəliyə götürərmisən.Mənim xəyalımı bir yaylıq kimi,Yar gələn tərəfə ötürərmisən.

Səhranın sirdaşı küləkdi, qumdu,Torpağın naxışı toxumdu, tumdu,Mən qara kotanam, o qara şumdu,Mən səpən toxumu bitirərmisən.

Gah zildə dil açar, gah da ki, pəsdə,Hər gün sevənlərin qulağı səsdə.O sənin yanında, mən yerin üstə,Məni sevgilimə yetirərmisən.

2011 4 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq