Yaddaşım mənim yox, yaddaşlarındı
Qələmim yük tutub halal mayadan,İlhamım nə sükut, nə lallıq bilir.Çəkib şirəsini dağdan, qayadan,Sözü ən müqəddəs halallıq bilir.
Yaddaşım mənim yox, yaddaşlarındı,Sözüm sözlərindi, sazım sazların.Ruhum gah neyindi, gah da tarındı,İçində mən varam bu avazların.
Yetirib, bitirib yaşatmağı var,Bu qara torpaqdı, bu şumdüu, lələ.Əriyib itməyən bu qayalıqlarMənim yaddaşımdı, huşumdu, lələ.
Mənim misra-misra şeirlərimi,Açan çiçək yazır, yağan qar yazır.Sazın ötən səsi, dillənən simi,Elin dilindəki alqışlar yazır.
Talamaq olmadı adətim, peşəm,Şeirə səcdəsini qılan ömrümü.Bu gün qələmimlə möhürlənmişəm,Min ildən sonraya qalan ömrümü.
2003, sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yaddasim-menim-yox-yaddaslarindi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəzirdim çölləri bir yaz axşamı,Ruhumun, qəlbimin bir saz axşamı,
Sev, ey könül, sevÇəməni, çiçəyi, gülü, naxışı,Buludu, dolunu, qarı, yağışı,
Səni min illərə hesablamışamAltmış özü də az ömür deyil,Haqqın dərgahından söz alan ömrüm.
DostluqYazıq ömür talanmadın dekimlərin əlində,