Görüşümüz baş tutmasa
Yollarımı gözləməkdən,Dağlar baxa-baxa qalıb.Yurd həsrəti ürəyimi,Oda yaxa-yaxa qalıb.
Öpəm ocağın gözünü,Deyəm dağların sözünü.Bulud öldürür özünü,Şimşək çaxa-çaxa qalıb.
Dada çatmaz əldə əsa,Toy-düyünün dönər yasa.Görüşümüz baş tutmasa,Mənimki Allaha qalıb.
2001, 17 aprel
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gorusumuz-bas-tutmasa
← → düymələri ilə keçid, R — təsadüfi şeir