Bu ölkədə nə qədərşəhid qəbri var, Allah!Bu millət ağrılarınəlindən haşa çəkir.Haqqımı almaq üçündöyüşməliyəm deyib,Qəzəbin qılıncınıhər axşam daşa çəkir.

Tamah – sonu görünməzmağaraymış, kahaymış,Nəfsimiz özümüzüyeyən bir əjdahaymış.Mədəmiz bu Vətəndən,bu torpaqdan bahaymış,Qeyrətimiz qılınca,qarnımız aşa çəkir.Vətən yanır gözümünağında, qarasında,Məlhəm ola bilmirəmsızlayan yarasına.Qalmışam ürəyimləağlımın arasında,Ağıl barış istəyir,ürək savaşa çəkir.

2002, 8 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən