Bu da bir fürsətdi,baxtına düşüb,İşıqlan Kəbəninnurunda, könlüm.Zamanına düşüb,vaxtına düşüb,İşıqlan Kəbəninnurunda, könlüm.

Sirdaş ol ulduzla,Günəşlə, Ayla,Yoldaş ol çəmənlə,çeşməylə, çayla,Aldığın işığıdünyaya payla,İşıqlan Kəbəninnurunda, könlüm.

İnamı olanlardumandan çıxar,Şübhədən sıyrılar,gümandan çıxar.Dünyanın sahmanıimandan çıxar,İşıqlan Kəbəninnurunda, könlüm.

Güvən bu dünyanınyaraşığına,Peyğəmbər nuruna,Haqq işığına.

İndi ki dönmüsən. Haqq aşığına,İşıqlan Kəbəninnurunda, könlüm.

Tanrı işığındahamı nurlanar,Dünyanın sarayı,damı nurlanar.Yanar ürəklərin. şamı nurlanar,İşıqlan Kəbəninnurunda, könlüm.

Hər kim qara daşıəyilib öpər,Dizinə güc gələr,qəlbinə təpər.Yaxşılıq yağdırar,. aydınlıq səpər,İşıqlan Kəbəninnurunda, könlüm.

Süd kimi təmiz ol,qar kimi ağ ol,Çırpınma şübhənintorunda, könlüm.Alış ömrün boyumüqəddəsliyinOdunda, közündə,qorunda, könlüm.Bəndənin şöhrəti. Allah nurudur,İşıqlan Kəbənin. nurunda, könlüm!İşıqlan Allahın. nurunda, könlüm!İşıqlan, işıqlan, işıqlan yenə,Həzrət Məhəmmədinnurunda, könlüm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri