Çəkər
Uyumaq istədim, gəlmədi yuxum,Yatmağım xoruzun banına çəkər.Axşamdan getdisə, gəlməz rahatlıq,Vaxtın səhərinə, danına çəkər.
Yuxu məndən qaçar bir nazlı qıztək,Solar duyğularım solğun payıztək.Bu qara gecələr qara kağıztək,Məni qətrə-qətrə canına çəkər.
Döndərər dövrü də, çarxı da ölüm,Ölümdə qorxu var, qorxuda ölüm.Hər dəfə gələndə yuxuda ölüm,Ruhumu bir qəbrin yanına çəkər.
2001, 23 sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ceker-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ölümə səfərbər olmayan kişi,Ölüm öz işini görəndə necə?
Heyif göy üzünə, heyif göylərəGöylərin bakirə vaxtı var idi,Göyün də göy kimi baxtı var idi.
Allahların davasıAllah baxır yuxarıdan,Bəndə baxır aşağıdan.
Girov“Gir” ovla deməkdir, bəlkə də, bu söz,Girdilər dağ vurub, daş ovlamağa.
Başqa şairlərin şeirləri · Ölüm
A beymürvət, mən ha səndən ötəri,Düşmüşəm çöllərə, sayılam indi.
HekayətNuşirəvan əsrində bir nəfər zalım bir zəifə bir qapaz vurmuşdu.Nuşirəvan qapaz vuran şəxsin qətlinə hökm elədi. Həlak elədilər.
ArasındaSurətdə mələksən, xilqətdə insan,Yoxdur bərabərin el arasında.
Mənim ömrümÖmür tənhalıqda bada gedərdi,Əgər olmasaydı gözəl insanlar.