Ağladım
Baxdım insanlarınamən bu qoca dünyanın,Gülüşü canlar alanqız görəndə sevindim.Sular sonası kimisayrışanda gözəllər,Qızların duruşundanaz görəndə sevindim.
Baxdım insanlarınamən bu qoca dünyanın,Qocasına kövrəldim,qarısına ağladım.Baxdım insan oğlununbağına, bağçasına,Yaşılına sevindim,sarısına ağladım.
Baxdım insanlarınamən bu qoca dünyanın,Həsrətinə göynədim,yarasına ağladım.Yaxşıları, pisləriyarı böldüm ortadan,Yarısına sevindim,yarısına ağladım.
2001, 28 sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-agladim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Getməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,