Mən öləndə dünyadaheç nə dəyişməyəcək,Ölümüm ilahininyadına düşməyəcək.Günəş yenə çıxacaq,əvvəl çıxdığı kimi,Sular yenə axacaq,əvvəl axdığı kimi.Ay yenə öz yerində,Gün yenə öz işində,Çaylar öz adətində,sellər öz vərdişində,Çərxi-fələk yenə dəöz köhnə gərdişində.Övladlarım üçün dəheç nə dəyişməyibdi,Yaşayacaqlar ömrü,qalsalar da atasız,Gedəcəklər yollarıxatalı, ya xatasız.Mən öləndə dəyişəntəkcə mən olacağam,Ətrini çox sevdiyimbir ovuc qara torpaq,Rəngini çox sevdiyimgöy çəmən olacağam.Bilirəm, doğum günümyanvar ayına düşdü,Bilmirəm, ölüm günümhansı aya düşəcək.

Tək onu bilirəm ki,mən dünyadan gedəndə,Sıx meşələr qoynundabir palıd yıxılacaq.Dağdan dərə dibinənəhənglərin nəhəngisərt bir qaya düşəcək.Qanım rəngə dönəcəkqızaran güllər üçün,Təzə dən göyərəcəktəzə sünbüllər üçün.Məzarımın torpağıqapqara şum olacaq,Gedən cismim olsa da,qalan ruhum olacaq!

2002, 11 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri