Səri-zülfün kimi könlüm pərişan olsa, istərsən
Səri-zülfün kimi könlüm pərişan olsa, istərsən?Və yainki ləbi-ləlin kimi qan olsa, istərsən?
Mənim qəmxaneyi-könlüm məkanındır sənin, canan,Sən indi öz məkanın belə viran olsa, istərsən?
Qərarım getdi əldən, rəhmə gəl ey Yusifi-sani,Mənə bu dar dünya belə zindan olsa, istərsən?
Nə vaxtadək gəzim nalan, sərgərdan fəraqında,Gözüm sənsiz baxsa bir yanə, heyran olsa, istərsən?
Gülüstan görmədim, gül dərmədim bağ-visalında,Mənim avara könlüm qönçə tək qan olsa, istərsən?
Rəhi-eşqində keçdim xanimanu-aşiyanımdan,Məqamım indi Məcnun tək biyaban olsa, istərsən?
Bəla çəkdim, cəfa gördüm yolunda, dinu-dil verdim,Rəhi-eşqində Sidqi indi qurban olsa, istərsən?
Kitabxana.az · https://kitabxana.az/works/sidqi-seri-zulfun-kimi-konlum-perisan-olsa-istersen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(mənzum hekayət)*Ey uşaqlar, tutun yerinizdə məqam,
HekayətlərBir oğru bir parsanın evinə gəldi. Nə qədər ki, axtardı, bir şey tapmadı. Ürəyi sıxıldı. Pirhizkarın xəbəri oldu. Bir kilimi ki, onun üstündə yatmışdı, oğrunun keçdiyi yola atdı, ta naümid qayıtmasın.Gilanlı Əbdülqədir, pak olsun onun torpağı, Kəbənin hərəmində üz daşlar üstə qoyub hey deirdi:
Qazet, yaxud qəzetə nədir?Bu suala hər millət içində cavab verən çox olur. Yəni nəinki yalnız qazet kəlməsini məna edib, cavab verməklə? Xeyir, bəlkə mənasının zimnində bunun şərh və bəyanına məxsus və fayda və mühəssinatına dair neçə-neçə mükəmməl risalələr və nə qədər müfəssəl məqalələr yazılıb və sual məqamında da yenə yıla bilir. Amma müsəlmanlara arasında, ümumən, İran və Qafqaz müsəlmanlarının içində xüsusən qazet kəlməsini sair kəlmələr kimi itminani-qəlb və səfayi-xatir ilə zikr etmək olmaz.Qəzetənin mənfəəti və lüzumu barəsində söhbət açmaq iştibah və işkaldan xali qalmaz. Yəqindir ki, o söhbət axırda müstəme və müxatəblərin təərrüz və kinayələri ilə xətm olunar. Məgər inki bu qədər əhali içində əqəlli-qəlil, yəni mindən bir adam tapılır ki, qəzetə oxumağa adət edib və onun lüzumuna bərxürd və istifadəsinə mayil və nayil olublar. Onlara da camaat bir özgə nəzər ilə baxırlar. Bəzisinə deyirlər ki, bu xandır, bir parasına bu da bəydir. Bir özgəsinə bu da qulluqçudur, bu da uçiteldir, bu da firəngimaabdır, bunun da əqidəsi xarabdır, bu da laməzhəbdir, nədir, nədir.
Təəssüf və yenə təəssüfBu günlərdə «Kaspi» qəzetəsində və «Şərqi-Rus» cəridəsində bu hər iki ruznamənin müdir və münşiləri öz məsləklərinin xaricində bir-birinin əleyhinə qələmə alıb nəşr etdirkləri «təib yollu» bəndləri oxuyub təəssüf etməkdəyiz.Əlhəqq, öz zəhəramiz və məlaləngiz mübahisə və mücadilə və bəlkə mühakimələri gözdən keçirib, məhzun və məlul olmamaq namümkün və qeyri-təbiidir. İşbu dilduz və ciyərsiz hadisənin vüqusu və bu naraba və nagübara mücadilənin zühürü hər bir vicdan sahibi olan müsəlmanın və hər bir mətbuat aləminə məhəbbətlə xidmət edən üdəbanın xatirini parçalayıb, dağıdır və pərişan etməkdədir.
Başqa şairlərin şeirləri · Eşq
Nədən ol büti-pərivəş dəxi bir bu yanə gəlməz,Məgər ol xərabə evdən usanıb cəzanə gəlməz?
Bir laçın gözlünün sultani-eşqiBir laçın gözlünün sultani-eşqiKönül şəhrin alıb xeyli zamandı.
Bu gecəGəlmədin məclisimə, sevgili canan, bu gecə,Can evimdən elə bildim ki, köçüb can, bu gecə.
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi