Gəlmişəm
Bu dünyada bişmək üçündünyaya xamdan gəlmişəm,Sevgi adlı bir butayam,eşq adlı camdan gəlmişəm.
Yarım atam, yarım anam,bütövləşib bir can olub,Mən yarımçıq olmamışam,bütövdən, tamdan gəlmişəm.
Haqqa doğru gedənlərdiuzaq yolun yolçuları,Mövlananın səcdəsinəŞəms olub, Şamdan gəlmişəm.
Məni belə güclü edəngüvəndiyim “Ənəlhəqq”di,Həqiqətlər vurğunuyam,Haqqa inamdan gəlmişəm.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gelmisem-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Olarmı?Ey mələk, qınama bir sualım var, –Qəribəm, yanında qalım, olarmı?
Apardı benüm gönlüm bir dilber-i mestâneApardı benüm gönlüm bir dilber-i mestâneBoynına tahıb zülfin ileddi şebistâna
Könül, nə hələdir bu ki, sən vəsli-yarə yetişdinKönül, nə hələdir bu ki, sən vəsli-yarə yetişdin?Nə həsrətin daxi var, yari-gülüzarə yetişdin?