Şairəm, siz məni qınamazsınız
Ey məni duyanlar, məni sevənlər,Ömrüm bağçasında bahar-yazsınız.Telləri gümüşdən, üzü sədəfdən,Siz mənim qəlbimdə dinən sazsınız.
Şeytanın zəhməti hədərdi, hədər,Dost olan ürəkdən gen düşər kədər.Sayınız olsa da ulduzlar qədər,Mənimçün azsınız, yenə azsınız.
İsti yuvamsınız — uçan quş olsam,Dərmanım sizsiniz — dərdə tuş olsam.Arada kimisə unutmuş olsam,Şairəm, siz məni qınamazsınız.
2004, oktyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sairem-siz-meni-qinamazsiniz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
بیا که نوبت انس است و الفت است ای دوست
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
QayıtdıBir maral baxışlı, tərlan cilvəli,Gəlib məni gördü, güldü, qayıtdı.
Bir nigari-novbaharın gül camalın istərəmBir nigari-novbaharın gül camalın istərəm,Lölöyi-tər tək camalı üzrə xalın istərəm,