Sevgi nədir, görəsən?
Qayada mamırdımı?Daş üstə çiçəkdimi?Gülə könül bağlayan,Xallı kəpənəkdimi?Ay şəfəqi, gün nuru,Buludmu, şimşəkdimi?Sevgi nədir, görəsən?
İlk insanın dünyayaGəldiyi ilk andımı?Baxışdakı od-alov,Damardakı qandımı?Tanrıya tapındıran,Dindimi, imandımı?Sevgi nədir, görəsən?
Sızlayan Əslidimi,Alışan Kərəmdimi?Məcnun gözlərindəki,Bir əbədi qəmdimi?Həyatdı, yoxsa, ölüm,Toydumu, matəmdimi?Sevgi nədir, görəsən?
Götür beli, külüngü,Qayasını çap görək.Çırma biləklərini,Qalasını yap görək.Oğulsansa, ömür qoy,Mənasını tap görək,Sevgi nədir, görəsən?
Nəğmədimi, səsdimi,Haraydımı, ündümü?Ruhun zirvələr boyuUcaldığı gündümü?İlahi, bu sualın,Cavabı mümkündümü?Sevgi nədir, görəsən?
2002, 4 aprel
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sevgi-nedir-goresen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəlbi sınıq gördüm Xudafərini,Bağrı yanıq gördüm Xudafərini,
Bir ananın baş daşına yazıAnalar anası çağrıldı adım,Analıq şərəfi hər şeydən baha.
Möhlət müslümovaO pərdələr, o barmaqlar, o simlər,Gah dirildir, gah öldürür Möhləti.
Əvvəl – sonBoşuna gəlmədi heç kəs dünyaya,Hərə bir sevdanın səsinə gəlir.
Başqa şairlərin şeirləri
Ağzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü
TənbəlÇox yatma, dur, a tənbəl,Yatsan olar iş əngəl.
MaralQalın meşəlikdən talaya çıxdın,Durub ürkək-ürkək dörd yana baxdın,
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.