Oldu
Mən də bir zamanlar sevdim, sevildim,Gözəl sünbül bitdi, gözəl dən oldu.Əridim, sızladım, yandım, töküldüm,Gözəl baxa-baxa göz əldən oldu.
Əridə bilmədim bu qar həsrəti,Əyə də bilmədi vüqar həsrəti.Bir qız intizarı, bir yar həsrəti,Qara saçlarımda gözəl dən oldu.
Sevginin çalısı, çəpəri yoxdur,Yorğunam, canımın təpəri yoxdur.Vallah, Əzrayılın xəbəri yoxdur,Mənə nə oldusa gözəldən oldu.
2000, 10 mart
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-oldu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Məni sevən kəsi sevə bilmədim,Sirli arzuların uçdum əlində.
Ol zaman mən edərəm zövq ilə bu candan həzzOl zaman mən edərəm zövq ilə bu candan həzzKi, yetib vəslə, edəm söhbəti-canandan həzz.
Deyən yoxMənim ərzi-halım bir təriq ilə,Söhbət salıb nazlı yarə deyən yox,
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çəkŞadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.