Yanımda sən varsan, üstümdə Allah,Xətrimə dəyməsən, O, dəyən deyil.Mənim bu ilahi azadlığıma,Sən bir söz deməsən, O, deyən deyil.

Şirinsən şöhrətdən, ucasan addan,Zərif gülüşlərin çıxarmı yaddan?Sevirəm, qorxum yox alovdan, oddan,Su məni yandıran, od əyən deyil.

Cəllad günahkardı axan qan üçün,Ev tikmək çətindi, ev yıxan üçün.Sonradan ağlama Zəlimxan üçün,Yüz fikir bir borcu ödəyən deyil.

2000, 11 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq