Biz niyə can deyib, can eşitmirik,Biz niyə qaçırıq bir-birimizdən.Ayıra-ayıra alır qisası,Ayı birimizdən, şir birimizdən.Axırıq, bulağa çevriləmmirik,Yanırıq, ocağa çevriləmmirik.Sevgi də soyuyur biz soyuduqca,Ayrılıb axırda düşür uzağa,Ocaq birimizdən, pir birimizdən

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri