Xatirələrim
Hara gedirəm gedim,çəkir məni özünə,Dəli-dolu, havalı,çılğın xatirələrim.Mənə şairlik verib,ürəklərə endirib,Şair kimi fikirli,dalğın xatirələrim.
Canımın ağrısıdırsaçımın artan dəni,Göynərtilər üşüdürqəlbi, ruhu, bədəni.Uşaq kimi əlimdəntutub gəzdirir məni,Yovşan ətri, kəkotu,yulğun xatirələrim.
Yüz də çağır, harayla,haray axşam, haray dan,Nə göylərdən kömək var,nə çəkdiyim haraydan.Qopur, düşür, tökülürömür adlı saraydan,Seyrəlir, seyrəkləşirdolğun xatirələrim.
Hərdən işarə veribəcəl çalır zəngini,Ürək saxlaya bilmirritmini, ahəngini.Saralır yavaş-yavaş,itirir öz rəngini,Payız yarpağı kimisolğun xatirələrim.
2009, 31 yanvar
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-xatirelerim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Çün Əmr eşitdi bu məqali,Ol şüğlidə bərhəm oldu hali.
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
GəzdimGəzdim Lənkəranı, gəzdim mən Qaxı,Məni heyran etdi ulu Şamaxı.
QoşmaMən özüm də bir yazıyam,Taleyin yazdığı yazı.