Zirvə yarışlarındaqoca qartallar yorub,Qəlbim qədər döyünən,çırpınan bir quşmu var?İldırımlar nə qədəriti çaxırsa çaxsın,Mənim fikrimdən yeyingöylərdə uçuşmu var?

Dözəsən şimşəklərintufanına, oynuna,Dost kimi qol salasanzirvələrin boynuna.Baş gərək baş vurasanüfüqlərin qoynuna,Başsız başın içindəağılmı var, huşmu var?

Dən sünbüldə bərkiyər,sünbül dəndə gözəldir,Nur gözdə, qan damarda,ruh bədəndə gözəldir.Saf ürək, salamat can,sağlam bəndə gözəldir,Nəfəs candan çıxdısa,ömrə qurtuluşmu var?

2009, 30 yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri