Nəyi səpirsənsə, o verəcək dən
Könül bağçasında budağı əyə,Şirin meyvələri ariflər dərə.Kobud adamların əli dəyməyə,Zərif çiçəkləri zəriflər dərə.
Nəyi səpirsənsə o verəcək dən,Qanqalın yerində qanqaldır bitən.Bu qoca dünyada heç görmədim mən,Təhqirlər yağdıran təriflər dərə.
2006, avqust
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-neyi-sepirsense-o-verecek-den
← → düymələri ilə keçid, R — təsadüfi şeir