Azərbaycan Dövlət Televiziyasında Şəhriyara həsr olunmuşveriliş gedirdi. Şəhriyarın həyatından canlı, maraqlı görüntülərgöstərirdilər. Təbrizi, Heydərbabanı, Xoşginabı qoca yaşındaseyrə çıxan ustad öz şeirlərini muğam üstündə oxuyurdu.

Səsin ömrü tükənməzdi,getdikcə yol gedər bəndə.“Ləhni-Davud” avazı var,enər şəhrə, düşər kəndə.Bu səs Haqdan gəlir, Tanrım,nə aşıqdı, nə xanəndə,Bu avazdan coşa gəlibzirvələrdə qar oxuyur, —Sus, oxuma, sus, ey bülbül,ustad Şəhriyar oxuyur.

Məcnuna bax, Leyli deyibmin ildi səhrada yatır,Sirrimiz ərzi-əlada,dərdimiz dəryada yatır,Qırx yaşında el gözəliBehişti-Zəhrada yatır,Əzizəsi vaxtsız köçənyanğıyla “yar-yar” oxuyur, —Sus, oxuma, sus, ey bülbül,ustad Şəhriyar oxuyur.

Udmaq olmur, çəkmək olmurzalımlardan gələn dərdi,Hələ ki, ağladammırıqüstümüzə gülən dərdi.“Segah” ilə ovundururyurdumuzu bölən dərdi,Tufarqanlı Abbas kimiağlayır zar-zar oxuyur, —Sus, oxuma, sus, ey bülbül,ustad Şəhriyar oxuyur.

Ayrılığın nəfəs kəsən,zərbə vuran pəncəsi var,Bir görüşə gələn yolunmin cürə işgəncəsi var.Bir-birinə həsrət qalanƏrdəbili, Gəncəsi var.Bakr-Təbriz dərdləriniçəkib xalqa car, oxuyur, —Sus, oxuma, sus, ey bülbül,ustad Şəhriyar oxuyur.

Şirin layla, oxşamadı,arı səsi, bal səsidi,Əl yetməyən bir arzudu,şirin bir xəyal səsidi.Mənim üçün elə bildim .Xan səsi, İqbal səsidil,Şairlə baş-başa veribkaman dinir, tar oxuyur,Sus, oxuma, sus, ey bülbül,ustad Şəhriyar oxuyur.

Tanrı ona bir ah verib,hey qaldırar ah dağına,Qaradağdan Qarabağa,Savalandan Şahdağına,Keçir “Şur” ilə “Şahnaz”ı,qalxır Cahargah dağına.Bir səslə Şəhriyar deyib,bu gün hər diyar oxuyur, —Sus, oxuma, sus, ey bülbül,ustad Şəhriyar oxuyur.

Bu səsdə tək gözyaşı yox,döyüş də var, cəngi də var,Səttərxanın nərəsi də,Arazın ahəngi də var,Hər muğamın öz təsnifi,hər təsnifin rəngi də var,Bir millətin damarındaqeyrət dinir, ar oxuyur, —Sus, oxuma, sus, ey bülbül,ustad Şəhriyar oxuyur.

Sözü peyğəmbər məqamı,eşqi mələk mərtəbəsi,Şeirin şahı, haqqın qulu,taxtı fələk mərtəbəsi,Ətri, rəngi, təravətigül və çiçək mərtəbəsi,Bağban açıb qucağını,ağac gülür, bar oxuyur, —Sus, oxuma, sus, ey bülbül,ustad Şəhriyar oxuyur.

“Heydərbaba” sətirləridağa hopur, daşda qalır,Köçür zamandan zamana,könüldə, yaddaşda qalır,Qoca dünya qocalsa da,şair eyni yaşda qalır.Yaradanın sirlərindənolur xəbərdar, oxuyur, —Sus, oxuma, sus, ey bülbül,ustad Şəhriyar oxuyur.

Bu səs mənə Vurğun deyir,Süleyman, Bəxtiyar deyir,O tay-bu tay hər oylağıgəzək diyar-diyar deyir,Zəlimxana Vətən üçünyaz-yarat hər nə var deyir,“Vətən” adlı bir nəğmənimin dəfə təkrar oxuyur, —Sus, oxuma, sus, ey bülbül,ustad Şəhriyar oxuyur.

2006, avqust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar