Bu aləmdən gözəl bir aləmim yox
Məni aləmimdən ayırma, qardaş,Bu aləmdən gözəl bir aləmim yox.Yaratmaqdan başqa, yazmaqdan özgə,Bir dərdim, sevincim, bir ələmim yox.
Əridim, hər dəfə əriyəndə şam,Yandım da, bişdim də, yaşamadım xam.Sərvətim bir sazdı, bir halal ilham,İtən karvanım yox, batan gəmim yox.
Nə bərkdə təntiyər, nə boşda azar,Onu udmaz ölüm, çürütməz məzar.Nə yazsa haqq yazar, həqiqət yazar,Boş yazan, çaş yazan, bil, qələmim yox.
2006, avqust
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bu-alemden-gozel-bir-alemim-yox
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
ساقی به گردش آی بده جام وحدتم
Hər dəmdə qıllam ney tək nəvaniHər dəmdə qıllam ney tək nəvani,Saldın nəzərdən mən binəvanı.
La'l-i lebleri câna şükr artururLa'l-i lebleri câna şükr artururŞükri şekker şekkeri şükr arturur
Müstəzad: Ey dil, gecələr sübhə dəkin yar eşiyindəEy dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,