Üzdüm dənizləri,aşdım dağları,Öpdüm bulaqları,keçdim çayları.Dörd fəslin başınadöndüm, dolandım,Ömrümə, günüməyazdım ayları.Açıldı toylardaqolum, qanadım,Yaslarda yaşadımahı-vayları.Zamanın yükünəçiynimi verdim,Daşıdım dərd adlıağır tayları.Gördüm yaxşılardanyaxşılıqları,Heç vaxt unutmadımhaqqı-sayları.Memar daşdan qurdu,daşdan ucaltdı,Mən sözdən yaratdımağ sarayları.Halal bir nəfəsləqəbul eylədim,Allahın verdiyihalal payları.

2009, 11 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri