Ölüm Allah işidirmi?
“Ölüm Allah işidi” – deyənlərə
Allahı çəkmə ortaya,Ölüm Allah işidirmi?İnsafın daş, rəhmin qaya,Ölüm Allah işidirmi?
Yarı bölür, tən kəsirsən,Nə kəsirsən, sən kəsirsən,Hər gün ömrümdən kəsirsən,Ölüm Allah işidirmi?
Gözlərdə çən, saçlarda dən,Dərdlərimiz dağlara tən,Ölən mənəm, öldürən sən,Ölüm Allah işidirmi?
Allahı da saymır adam,Azalarmı qayğım, qadam,Sən Əzrayıl, mən cəlladam,Ölüm Allah işidirmi?
Qəlbimizdə qəhər varsa,Dilimizdə zəhər varsa,Zəhərlənmiş şəhər varsa,Ölüm Allah işidirmi?
Nə qədər ki, tamahı var,Bəndənin min-min ahı var,Allahın nə günahı var,Ölüm Allah işidirmi?
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-olum-allah-isidirmi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Bir gecə yarısında yarım günün ağasıCanını məş’əl edib qurdu işıq dünyası.
Könlümü həm dəmbədəm edər pərişan saçlarınKönlümü həm dəmbədəm edər pərişan saçların,Əqli qılur dəngü valeh, məstü heyran saçların.
Allah qorusunCürbəcür fikir yeyən mikroblarDin adı ilə düşüblər
EləTut orucu, qıl namazı,Allahına xidmət elə.