Düşübdü
Dünən bulaq üstə qızın, gəlinin,Toy-nişan barədə sözü düşübdü.Deyirlər təzə bəy olmaq istəyir,Aranın yaylağa gözü düşübdü.
Çəmənlər torpağa döşəyib xalı,Nişana hazırdır kərəsi, balı.Əlləri həsrətdən qalıb uzalı,Elçi dərələrin özü düşübdü.
Sığmayıb bu sevgi misraya, bəndə,Yayılıb sədası şəhərə, kəndə.Vətən torpağını toylu görəndə,Sinəmə sənətin közü düşübdü.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-dusubdu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Millət
Millətə qurban olsunBizim əziz canımız.
Qurban olasanBir belə ay gözəlin özünə qurban olasan,Dindirib, danışdırıb, sözünə qurban olasan,
Bakı vilayətin məskən edibsənBakı vilayətin məskən edibsən,Cəhd elə, elmindən olgunan halı.
Başına dolanımBaşına dolanım, dönüm, ey Vətən,Necə də yormuşdur xəzan, qış səni.