Keçsə də fəsillər, ötsə də illər,Hələ çox köhnəlib əldən düşməyib.Sozalıb baxışlar, yorulub dillər,Onun söz-söhbəti dildən düşməyib.

Yatmışam bir zaman dar qucağında,Bağlanıb qollarım bələklə mənim.Ömrümün-günümün körpə çağındaOxşayıb ruhumu küləklə mənim.

Gün keçir, ərisin qəm də, qəhər də,Həsrəti bələklə boğulsun gərək.O beşik qalmasın durduğu yerdə,Yeni bir körpə də doğulsun gərək.

Qaynar ürəyində neçə arzu-kam,Gör nələr eyləyir həvəsi üçün.Mən yatan beşiyi saxlayır anam,Hələ yaranmamış nəvəsi üçün.

1974, 18 dekabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri