Qəm kotanı sinəm üstən arx açıb,Dərd içimdə şırım-şırım ağlayır.Xəyalpərvər bir şairin halına,Gah göy gülür, gah ildırım ağlayır.

Məni bura daha heç nə bağlamır,Daşa dönüb, duyğularım çağlamır.

Ağlayan dağ boş-boşuna ağlamır,Burda hər dağ, hər sıldırım ağlayır.

Gəlib görən xeyirdədi, nəfdədi,Çal-çağırı cərgədədi, səfdədi.Mən gördüyüm Krım ki var, kefdədi,İçimdə bir qəmli Krım ağlayır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət