Mən burdaydım dünya binnət olandan,Mən burdaydım dünya cənnət olandan.Bətni hələ bulaşmamış dünyada,Təmiz sevgi, saf məhəbbət olandan.Dözəmmədim gedənlərin dərdinə,Ölənlərin, itənlərin dərdinə.

Mən bu dərdi çəkə-çəkə daş oldum,Qayaların gözündəki yaş oldum.Bir zamanlar Krım türkü mən idim,Göyü duyan, yerin dərki mən idim,Yerə-göyə haqqın ərki mən idim.İstanbula gedən yollar var idi,Gen qucaqlar, uzun qollar var idi.Türküləri, şərqiləri qanadlı,Dürlü-dürlü şirin hallar var idi.

Sevincini hər millətə pay verən,Minarəsi əzanlara boy verən,Gözlərində Qara dəniz gəzdirən,Bayrağına ulduz verən, Ay verən,Sarayları göyə meydan oxuyan,Cameləri cənnət ətri qoxuyan,Meşə idim, dəniz idim, dağ idim,Bağban idim, bağça idim, bağ idim.Təpə-dırnaq mən Krimin özüydüm,Qəlbi, ruhu saf poladdan sağ idim.İstanbula gedən yollar qapalı,Sağalmıram bu dərd məni çapalı.Nə toyumuz, nə vayımız bəllidi,Başımızda qiyamətlər qopalı.

Xaqan öldü, xanlıq öldü, xan öldü,Mən gördüyüm cahan öldü, can öldü.Bu torpağa dəydi donuz nəfəsi,Gözlərimdə ən müqəddəs an öldü.

Bu yerlərin Krımı var, Türkü yox,Türk olanın heç bir şeyə ərki yox.Uca-uca kürsülərdə səsi yox,Ali məqam məclislərdə sözü yox.

Bu da bir cür manqurt olma yoludu,Tarixi var, yaddaşı yox, özü yox.Özgələri sahib olub saraya,Yüz də danış kimdi çatan haraya.Hamı tikər, hamı qurar, yaradar,Ancaq ona torpaq olmaz, ev olmaz.Hər kəs atar öz ovunu ovlayar,Ancaq ona şikar olmaz, ov olmaz.Türkü asdırlTürkü basdırlTürkü kəsdirlEybi yox.Ancaq ona qorumaqçün özünü,Atəş olmaz, çaxmaq olmaz, qov olmaz.Hamı artar, hamı sevər, çoxalar,Ancaq ona sevil olmaz, sev olmaz.Milyondusa, az göstərər, min yazar,Ünvanına nifrət yazar, kin yazar.Guya burda heç olmayıb izləri,Guya burda belə millət olmayıb.Yer üzündə heç bir xalqa, millətə,Belə zülüm, belə zillət olmayıb.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri