Mənəm
Könlü arzuların izinə düşən,Gözü uzaqlara dikilən mənəm.Xəyalı düzlərə, fikri dağlara,Yuxusu göylərə çəkilən mənəm.
Görüşək, eşqinlə axım çay kimi,Yanım Günəş kimi, doğum Ay kimi.Gəl ki, gəlişinlə bir saray kimi,Ucalan, qurulan, tikilən mənəm.
Sanama anları, san yeri deyil,Bizə illər gərək, an yeri deyil,Əzizim, sökülən dan yeri deyil,Sənin həsrətinlə sökülən mənəm.
1975, 10 iyun
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-menem-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tanrım, məni şəhid eylə
Yazma mənim qismətimə nəs taleyi,puç günüm,
Dünya və bizQoca dünya dolaşdırır addımbaşı,Əvvəl-əvvəl sığal çəkir, öyür bizi.
HarayKönül açan, göz oxşayan gölə nə var,Göz yaşından meydan quran göllər haray.
Ölümə səfərbər olmayan kişiÖlümə səfərbər olmayan kişi,Ölüm öz işini görəndə necə?