Baxa biləydim
Yayın ortasında heç kəs inanmaz,Desəm, qara baxdım, qırova baxdım.Əlimi qaldırıb qaşımın üstə,Qarabağ düzündən Murova baxdım.
Qaynar ürəyimdən bir arzu keçdi:O qarlı zirvəyə çıxa biləydim.Düzlərdən dağlara baxdığım kimi,Dağlardan düzlərə baxa biləydim.
1975, 30 may
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-baxa-bileydim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hardan gəlir Zəlimxan, anasının südündən,Atasının insanı yüksəldən öyüdündən.
Sizə hardan deyim...Sizə hardan danışım, əzəl başdan binadan,Mübarək bir atadan, müqəddəs bir anadan.
Dolaşıq aşırımlarVüsala can atdım mən ömrüm boyu,Yapışdı yaxamdan hicranın əli.
Mükafatım - azadlığımDüşünürəm varlığı, düşünürəm həyatı,Nədir əlli yaşımın ən böyük mükafatı?
Başqa şairlərin şeirləri
Gəl sənə söyləyim, ay Dəli Həsən,And içmişəm bu gün döyüş olmasın.
Heç oldu varlığım, heç oldu həyatBu ev də, bu fərş də heç oldu, heyhat!
Deyişmə: Dağıstandan gələn gəlin— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
Əzrailə satdımDəryaları aldım, xəbərin qafilə satdım,Ləlin çıxarıb, dalğaların sahilə satdım.