Niyə ağlayırsan, ağlayan qaya?
Niyə ağlayırsan, Ağlayan qaya,Dünyanın ən ağır qayğılarınıYaralı çiynində saxlayan qayalMən çox ağlamışam, nə qazanmışam,Sən çox ağlayasan, nə qazanasan.Tapdanan haqları yerinə qoymaq,Sənə o qədər də gəlməsin asan.Bir də görəcəksən, çox ağlamaqdan,Tükənib, gözünün yaşı qalmayıb.Bir də görəcəksən quma dönmüsən,Qayanın bir parça daşı qalmayıb.Sənə də, mənə də olanlar olub,Ağlama, gözünün yaşını saxla.Ögeylər gələndə doğmalar gedib,Hara yol gedirik bu ağlamaqla.Niyə ağlayırsan Ağlayan qaya,Göz yaşı sel olub çağlayan qaya?Səni nəfəsiylə gözəlləşdirən,Müqəddəs anlarmı yadına düşüb?Bu yerə qırx səkkiz xan gəlib-gedib,Giraylı xanlarmı yadına düşüb?Doğudan Batıya hökmü yeriyənUlu sultanlarmı yadına düşüb?Çarın qəzəbinə tuş gələn günüBaşı bədənindən, dili dibindən,Ayrılan canlarmı yadına düşüb?Talanan şəhərlər, sınan körpülər,Yollarda qırılan məsum körpələr,Sökülən camelər, uçan türbələr,Bir başa min dəfə dəyən zərbələr,Türkə qənim olan illər, əsrlər,Yıxılan qalalar, çökən qəsrlər,Quruyan çeşmələr, bulanan sular,Susan mədrəsələr, ölən arzular,Yanan saraylarmı yadına düşüb?Sürgünlər, qətllər, güllələnmələr,Göyə dirənəndə, ərşə çıxanda,Qalxan haraylarmı yadına düşüb?Oğuza, qıpçağa gözdağı çəkən,Ahlarmı, vaylarmı yadına düşüb?Adı dilimizdə anda çevrilən,Müqəddəs ruhlarmı yadına düşüb?Müqəddəs ruhlara qənim kəsilənQaragüruhlarmı yadına düşüb?Krım - bu dünyanın yaşıl adası,Krım - bu dünyanın dünyaya dəyənSehri, gözəlliyi, səsi, sədası.İşi nə çətindi Krım olmağın,Dərdi nə böyükdü gözəl olmağın.Bəd nəfəs toxunub, yad nəfəs dəyib,Gül açan vaxtında xəzəl olmağın.Sənə demirəm ki, qayıt keçmişə,İtəni, batanı, öləni gözlə.Heç vaxt ümidini üzmə həyatdan,Ümidlə qarşıdan gələni gözləl
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-niye-aglayirsan-aglayan-qaya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yaxşı ki, zirvələr sal buzdu,Hər saat çıxmaq olmur.
Memar SinanTürkün sehrkar oğlu, möcüzələr ustadı,İnsanı daş eylədi, daşdan insan yaratdı!
TapşırıqTürkiyəyə gedirsən, uğurlar olsun sənə,Dumanlı suallara aydın bir cavab gətir!
Salam, İstanbul!Salam, İstanbulum, işığım, nurum,Hüsnünə könlümü verdiyim şəhər.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Yurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?
Bakı vilayətin məskən edibsənBakı vilayətin məskən edibsən,Cəhd elə, elmindən olgunan halı.
Qəlbimə axdıGəl, o ala gözlərinə mən olum fəda,Söylə, hardan yaranmışdır səndə bu qayda,
Üç yaşına çatıramTale küsüb, qismət qaçıb, bəxt yatıb,Kövrəlmişəm, üç yaşına çatıram.