Yaxşı ki...
Yaxşı ki, zirvələr sal buzdu,Hər saat çıxmaq olmur.Yaxşı ki, üfüqlər sonsuzdu,Başabaş baxmaq olmur.Yaxşı ki, saysızdı ulduzlar,Barmaqla saymaq olmur.Yaxşı ki, ucadı dağlar,Yaxşı ki, dərindi dərələr,Yaxşı ki, doyulmazdı mənzərələr,Baxmaqla doymaq olmur.Yaxşı ki, genişdi dünya,Ayağın tutduqca gəz,Min il yerisən belə,Yollar bitib-tükənməz!Başımızın üstü göydü,Ayağımızın altı torpaqdı,Torpağın qoynu sudu.Zirvələrə çıxmaq da,Dənizlərdə üzmək də,Üfüqlərə baxmaq da,Buludlarda süzmək dəİnsanın ən böyük diləyi,Ən gözəl arzusudu!Bunların hamısı,Təbiətin insana verdiyi,Ən dadlı nemətdi,Ən şirin paydı.Həyat bir qəpiyə dəyməzdi,Bu ucalıq,Bu dərinlik,Bu genişlik,Bu sonsuzluq olmasaydı!!!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yaxsi-ki-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həcərül-Əsvəd qardan daha bəyaz idi,fəqət müşriklərin günahı onu qaraltdı.
Onu dar ayaqda kim qoruyurdu?(Ya Rəsulum1) Kitabda (Quranda) İbrahimidə yad et (onun hekayətini də ümmətinə söylə).
İşıqlan Kəbənin nurunda, könlümBu da bir fürsətdi,baxtına düşüb,
Peyğəmbərin hüznü(Bu, nübüvvətin 10-cu ilində baş verdi)“Ey dağl Mənim başıma gələn şey sənin başına gəlsəydi,
Başqa şairlərin şeirləri
Dəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınEy yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Mərizi-eşqə əlac eyləməz təbib, ölməMərizi-eşqə əlac eyləməz təbib, ölmə!Bu dərdə carə edər visləti-həbib, ölmə!