Salam, İstanbul!
Salam, İstanbulum, işığım, nurum,Hüsnünə könlümü verdiyim şəhər.Dolmabağçasına, Çamlıcasına,Nəğmələr çələngi hördüyüm şəhər.
Dərələr içində, təpələr üstə,Dənizlər qoynunda, ləpələr üstə,Naxışlar, xalılar, gəbələr üstə,Ruhumu çəməntək sərdiyim şəhər.
Yerin ləngəriymiş, göyün səsiymiş,Bir görüş insanın min il bəsiymiş.Dünyanın ən qədim əfsanəsiymiş,Tez-tez yuxularda gördüyüm şəhər.
Gəzirəm könlümə nur yağa-yağa,Hər baxış qəlbimi döndərir dağa.Gülxanə parkıymış başdan-ayağa,Zərif güllərini dərdiyim şəhər.
İstanbul, 1994, yanvar
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-salam-istanbul
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O gələndə soruşmur,Varmı yazıb-pozanın.
Bu xalqınOymaq-oymaq eli gəzdim-dolandım,Fikir verdim hikmətinə bu xalqın.
Xalqım, səni uca gördümXalqım, səni dəniz gördüm – dalğalandın, ləpələndin,İşıq olub zərrə-zərrə hər ocağa səpələndin.
Füzuli – SabirGözəlliyə, gözələ könlünü bağlayandaFüzuli “Heyrət” dedi.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
از آن گلشن گرفتم شمهای بازنهادم نام او را گلشن راز
AğlayırQasid, tezcə yardan gətir bir xəbər,Ol gülü-xəndanım neçün ağlayır?
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
Hamıdan qabaqHamıdan qabaq şairlər görüryazağzı balaca yaşıl otlar