O gələndə soruşmur,Varmı yazıb-pozanın.Gəlişində bahar var,Qənimidir xəzanın.Sinəsində tufanıNəğməkarın, ozanın.Dəniz kimi qabarıbCoşması var ilhamın.

Şirin sözü dolanarObaları, elləri.Ona nəğmə bəstələrDuyan qəlbin telləri.Dəyişdirər səmtini,Dilə tutar selləri,Bayatısı, laylası,Qoşması var ilhamın.

Ney yandırar, saz tutar,Kaman çalar, tar tutar.Əsirgəməz varını,Nə qüdrəti var, çalar.İnamı sal daşları,Sinəsindən parçalar.Ən vüqarlı dağlarıAşması var ilhamın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri