Ağılar, ay ağılar,Dərdim çətin dağılar.Min yerdən sinəm üstəDağlar çəkdi yağılar.

Çox alıb yaram zədə,Almadı haram zədə?Göz açmağa qoymadı,Oxladı haramzadə.

Nəs aydı,Çox nəs gündü, nəs aydı.Mən nə saymaq istədim,Gör bir fələk nə saydı.

Yol gedəm Ərdəbilə,Dağ çəkəm dərdə, bilə.Mən çalam, yar oxuya –Sim bilə, pərdə bilə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri