Sürgün yerlərində qalan qəbirlər
Tale bəndəsinə qismət yazandaQəribin adına qürbəti yazdı.Zülüm ayrılığı, zalım hicranı,Qazancı qan olan həsrəti yazdı.
Sürgün ayı kimi, canavar kimiDidir, parçalayır gül ömürləri.Yayın qızdırması, qışın şaxtasıMilçəyə döndərdi fil ömürləri.
Bulağı neyləyir, çayı neyləyir,Göz yaşı qəribin gölü deyilmi?Qəbri qazılan da, qəbir qazan da –Elə hər ikisi ölü deyilmi?
Qəribin məzarı çətin qazılır,Qaytarır ağzını külüngün, belin.Ağlamaq üstündən ağlamaq gəlir,Gücü daş əridir daşqının, selin.
Daş yonan nə yazsın başdaşlarına,Qəribin gördüyü həyatı yazır.Dilləri göynədən qoşma, bayatı,Dodaqlar yandıran bayatı yazır.
Qazan ağlar,Od vurar, qazan ağlar.Qərib yerdə öləninQəbrini qazan ağlar.
Bizi “yan”lar tutdu, “ov”lar ovladı,Atını oynatdı aclıq, xəstəlik.Biri fitva verdi, biri tovladı,Hər gün cəhənnəmin oduna düşdük.
Yerə endirdilər Göy adımızı,Qula döndərdilər bəy adımızı.“Ov”a caladılar soyadımızı,Ov olduq, özgənin adına düşdük.
Təhqir də, zəncir də, kəndir də gördük,Yanan canımızda təndir də gördük,Kəfənsiz ölü də, qəbir də gördük,Şərin, iftiranın badına düşdük.
Qəribin heç nəyə gücü çatmadı,Gücü tək ölümə, qəbirə çatdı.Sürgünün bir ucu Qazaxıstana,Bir ucu uzandı, Sibirə çatdı.
Yarpağın, torpağın yazığı gəlir,Yas tutur göylərdə quş, ölənlərə.Qarı yarmaq olmur, buzu dağıtmaq,Daşlar da ağlayır qış ölənlərə.
Torpaqda kim yatır nə bilsin naşı,Göynəməz ürəyi, çatılmaz qaşı.Gözümün yaşıdı, başımın daşıSürgün yerlərində qalan qəbirlər.
Daşı gömgöy olar, mamır bağlayar,Üstünü lil basar, çamır bağlayar.Qarala-qarala kömür bağlayar,Sürgün yerlərində qalan qəbirlər.
Söyər taleyinə, söyər baxtına,Tüpürər Tiranın qanlı taxtına.Dönər qəm evinə, dərd paytaxtına,Sürgün yerlərində qalan qəbirlər.
Dərdin hədəfində, tuşunda qaldı,Çöllərin qarında, qışında qaldı,Ana gözlərinin yaşında qaldıSürgün yerlərində qalan qəbirlər.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-surgun-yerlerinde-qalan-qebirler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Ramazan ayı münasibətilə mollalar nağıl oxuyurlar.*On bir ay həsrətinə tab eyləməz can, Ramazan,
Qal indiBir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
NədəndiEy nazənin, bu gen, geniş dünyada,Namusu əğyara satmaq nədəndi?
Dil nalə edər ol güli-xəndanı görəndəDil nalə edər ol güli-xəndanı görəndə,Bülbül gələr əfğanə gülüstanı görəndə.